Müalicəsi olmayan xərçəngə qalib gəlməyin yolu tapıldı


Digərləri 14 Yan 2019 13:40:00 185 0

Müalicəsi olmayan xərçəngə qalib gəlməyin yolu tapıldı

Bazel Universitetinin (İsveçrə) alimləri müalicəsi olmayan mərhələdə olan xərçəng zamanı metastazların (bədxassəli şişlərin ikinci dərəcəli ocaqları) inkişafını əngəlləyən maddə aşkarlayıb.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə yazı "MedicalXpress" nəşrində dərc olunub.

Metastaz xərçəngdən əziyyət çətən xəstələrdə ölüm hallarının 90 faizinə cavab verir. İkinci dərəcəli ocaqların inkişafına səbəb sirkulyasiya edən şişli hüceyrələrdir. Onlar ilkin ocağı tərk edərək, qan dövranına daxil olur və beləcə, digər toxumalara və orqanlara yayılırlar. Bu hüceyrələr klasterlər şəklində birləşərək sonradan metastaza yol açır.