Hindistandan Azərbaycana üç manata ət gətirilir AÇIQLAMA


Digərləri 14 Yan 2019 13:35:00 187 0

Hindistandan Azərbaycana üç manata ət gətirilir  AÇIQLAMA

Ukraynadan Azərbaycana mənşəyi məlum olmayan dondurulmuş ət gətirilir.

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycana dondurulmuş ətlər, əsasən, Hindistandan gətirilir:

"Həmin ölkədə mal əti yeyilmir, amma heyvandarlıq inkişaf edib. Bu ölkədən Azərbaycana dondurulmuş ətin gətirilməsi üç manata başa gəlir.

Bununla belə, Azərbaycan Ukraynadan donmuş quş əti alır. Araşdırma aparılan zaman məlum olub ki, oradan gələn quş ətlərinin tərkibində naməlum kimyəvi maye var. Bu maye təxminən quşun 20 faizini təşkil edir".

Ekspert bildirib ki, Hindistandan gətirilən ətlərin mənşəyi məlum olsa da, Ukraynadan gətirilən ətin tərkibi məlum deyil:

"Ukraynadan Azərbaycana at əti donmuş mal əti adı altında gətirilir. Onların da mənşəyi məlum deyil. Güman ki, ölmüş heyvanların əti ölkəmizə idxal olunur. Qida Təhlükəsizliyi Agentliyi bu işlə ciddi məşğul olmalıdır.

"Ət dondurulan zaman təhlükəli mikroblar ölür. Onlar, əsasən, kolbasa istehsalında istifadə olunur. Azərbaycana gətirilən dondurulmuş ət şadlıq evlərinə, restoranlara, uşaq bağçalarına daha çox verilir. Bu cür ətlərin mənşəyi ciddi araşdırılmalıdır. Eyni zamanda, insanlar donmuş ət alan zaman sertifikatını tələb etməlidirlər".

Qida Təhlükəsizliyi Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, hazırda agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

"Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.

Həmçinin, dondurulmuş ət məhsulları ilə bağlı agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların dondurulmuş ət məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər".

Bəs dondurulmuş ətin saxlanma müddəti nə qədərdir? 

Agentlikdən bildirilib ki, ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub-saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır: