"Azərbaycanlı qızla erməni oğlanın sevgisindən yazmışam" FOTO


Digərləri 14 Yan 2019 13:26:00 205 0

"Azərbaycanlı qızla erməni oğlanın sevgisindən yazmışam"  FOTO

Son.az yazıçı Sahilə YaYanın (İbrahimova) qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Sizi sonuncu romanınız olan "Şeyx" romanı ilə bağlı təbrik edirəm. Dili kifayət qədər rəvan və axıcı olan əsər yazmısınız. Romanın adının "Şeyx" seçilməsi bizim yaşadığımız Cənubi Qafqazda məşhur olan şeyx sözünə hər hansı işarədirmi, yoxsa ancaq Hüseyn Cavidin Şeyx Sənanından ilham almısınız?

- Şeyx adı heç bir dini ismarıc daşımır. Tamamilə Şeyx Sənana bağlı olan addır. Çünki onun ən böyük problemi məhz şeyx olmasında idi. Onun imtinası da şeyxliklə bağlı oldu. Əsəri yazmağa başlayanda və bitirəndə ağlımda başqa şeyx olmayıb. 

- Əsərdə uzaq keçmişlə yaxın gələcəyin qarşılaşdırılması var. Birindən danışılır, daha sonra gələcəyin Şeyx Sənanının həyatına keçid edilir. Ancaq yaxın gələcəyin Sənanından bəhs etməniz mümkün idimi? Yoxsa hesab etdiniz ki, gələcəkdən yazsanız həcmi tamamlamağa fikirlər yetməyə bilər?..

- Nəyisə örtmək, yaxud yamamaq üçün yazmağı ağlımdan keçirməmişəm. Sırf Şeyx Sənanı istinad mənbəyi kimi götürərək yola çıxmışam. Bildirirəm ki, "Şeyx Sənan" heç də keçmişdə qalmayıb. O, dünənin yox, bu günün tarixidir. Ola bilsin ki, onun kimi qərar verənlər azdır və ya heç yoxdur. İnsanlar məzmun olaraq bir-birinə çox oxşayır. Ona görə Şeyx Sənan günümüzün insanına yad biri deyil. 

- Əsərin qəhrəmanı olan Şumeysat çox ağır bir uşaqlıq keçirir. Sizin uşaqlığınızla onunku arasında oxşarlıq varmı? 

- Mən özüm də kitab oxuyanda adətən yazıçıyla qəhrəmanın həyatını eyniləşdirirəm. Amma mən Şumeysat deyiləm. Ola bilsin ki, hansısa məqamda, ştrixdə varam. Çünki müəllif kitabdan tamamilə özünü silib ata bilmir. Biz əslində həmişə özümüzdən yazırıq. Onunla ortaq tərəfim bu ola bilər ki, ikimiz də müharibə dövrünün uşaqlarıyıq. Uşaqlığımın fonu müharibə, ondan sonrakı çətinliklərdir. 

- Siz əsərdə Şumeysatın anasının əri tərəfindən əziyyətlərə məruz qaldığını, hüquqlarının tapdalandığını və bunlara dözüb bircə dəfə də səsini çıxarmadığını təsvir etmisiniz. Bu, qadın azadlığının olmamasına işarədir. Sizin üçün azadlıq nə deməkdir? 

- Hər kəsin seçim imkanı olmalıdır. Hər kəs daha çox harada sevinc duyursa, özünü güclü hiss edirsə o zamanda, o məkanda azaddır. Əslində isə hazırda azadlıq və yaşam barədə fikirlərim çox qarışıqdır. Son dövrlər Nuri Bilge Ceylanın bütün filmlərini izləməyə qərar vermişəm. Onun təklif etdiyi həyata baxışlar, istinadlar məni başqa cavablara apara bilir. Hər halda qadının azad olmaq və ya olmamaq seçimi etmək imkanı olmalıdır. Bəzən azad qadın hesab etdiyimiz biri əslində məhz kiminsə, nəyinsə diktəsində belə görünə bilər. Bir əsər var, orda qız azad olmaq üçün atasını öldürür. Ancaq sonra o, əldə etdiyi azadlıqla necə yaşayacağını bilmir. Hər kəsin azadlığı dadmaq, tanımaq imkanı olmalıdır. Kimsə azad olmaq istəyirsə olmalıdır. Sonra istəsə azadlıqdan imtina edə bilər. 

- Əsərdə Şumeysatın erməni bir gəncə məhəbbətindən bəhs olunur. Hüseyn Cavidin "Şeyx Sənan"ın da şeyxin gürcü qızı Tamaraya olan məhəbbəti idi.  Burada isə düşmən olan obraz var. Gəldiyim qənaət odur ki, siz obrazların aqibəti ilə bağlı ehtiyatlı davranmısız. İctimaiyyətin böyük reaksiyası olacağından çəkinmisiz. Çünki ortada bir sıra nümunələr var. Məsələn, Əkrəm Əylisli...

- Mən o durumda Şumeysatın yerində olmaq istəməzdim. Çünki o, çox böyük seçim qarşısındadır. Onun əvəzinə də məsuliyyət daşımaq istəmədim. Bəli, siz haqlısınız, mən ola bilsin ki, bilərəkdən qorxaqlıq eləmişəm. Amma bəlkə də bu, demokratiyadır. Bu cavabı məhz oxucuya buraxdım. Əslində kitabın sonluğu tamam başqa cür nəzərdə tutulmuşdu. Mən günahkar olaraq müharibəni seçdim. Sonda onlar ilk dəfə görüşdükləri yerə gələcəkdilər. Oğlan ya qatardan düşəcəkdi, ya da yola birlikdə davam edəcəkdilər. Hətta bilet də almışdılar. O səhnə baş tutmadı. Müharibə imkan vermir ki, insanlar seçim etsinlər. Hətta mənim özümə də bu əsərlə bağlı xəbərdarlıq edirdilər, qorxudurdular. Ancaq əsəri oxuyandan sonra hamıda bir çaşqınlıq yaranırdı. Bəli, əsərdə azərbaycanlı qızla erməni oğlanın sevgisindən söhbət gedir. Amma elə söhbət gedir ki, insanlar qəzəb duya bilmirlər. Kitabı oxumadan öncə hamı məni qorumağa çalışırdı. Mənsə adamları inandırmağa çalışırdım ki, bu kitab bu mövzuda yazılan kitablardan fərqlidir. Əkrəm Əylislinin kitabı həm də ona görə qəzəb doğurdu ki, orada bir tərəf günahlandırılırdı. Digər tərəf isə qurban kimi görünürdü. Mənsə bundan qaçmağa çalışdım. Qeyd olaraq kimi deyim, mən Hüseyn Caviddən daha çox Fəridəddin Əttarın Şeyx Sənanına əsaslanmışam. 

- Sizi kim qorxudurdu? Söhbət ictimai şəxslərdən gedir?

- Söhbət həm də tanınmış şəxslərdən gedir. Müəyyən anlarda fikrimdən daşındırmağa çalışdılar ki, bu romanı yazmaq lazım deyil. Çox maraqlıdır ki, ailəm onların əksinə dəstək oldu. Romandan çıxarılmış bəzi hissələrin qalması üçün həyat yoldaşım israr edirdi. Mən artıq onu dilə tutmağa çalışırdım ki, bu hissələr mütləq deyil. 

- Romanı neçə ilə tamamladınız? 

- 3 ilə bitirdim. Bu əsəri yazmaq üçün ömrümdə heç oxumadığım qədər dini kitablar oxudum. Araşdırmalara müraciət etdim. Təbii ki, onları romanda gizlətməyə çalışmışam. Çünki elmi araşdırma ədəbiyyatda çox görülməsə yaxşıdır. 

- Araşdırmalardan nə qənaətə gəldiniz, dinlə bağlı düşüncələriniz nədir? 

- Kitabda bir yer var; Şumeysatın anası valideynlərinin namazı qəzaya qalmasın deyə ağır vedrələrdə onlara su daşıyır, bundan sonra onurğasında yırtıq yaranır. O qadın dindar olmasa da, özü namaz qılmasa da doğmalarının dini sevgisinə müqəddəs baxır. Mənim dinlə bağlı yanaşmam təxminən belədir. Özümün hansısa dinə bağlılığım olmasa da, müəyyən insanların din sevgisinə sayğı duymağa çalışıram. Mənim üçün istənilən situasiyada əsas insandır. Əslində orada çox böyük tolerantlıq var. Özünün xüsusi şəkildə sevmədiyi, amma başqalarının çox sevdiyi bir şeyə qarşı bu qədər hörmət, özünüfəda, yardım etmək faktı var. Şumeysat o anda anası haqqında nə düşünürsə, mən də o fikirdəyəm.

- Bəlkə də ədəbi yaradıcılığa meyl ona görə azdır ki, bu, bizim ölkəmizdə ədəbiyyatçılara o qədər də maddi qazanc gətirmir. Siz son əsəriniz olan "Şeyx"dən nə qədər qazanc götürə bilmisiniz? 


Xəbərə aid fotolar