AMEA Rəyasət Heyəti müsabiqə elan edir


Digərləri 14 Yan 2019 13:23:00 149 0

AMEA Rəyasət Heyəti müsabiqə elan edir

Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti müsabiqə elan edir.

Bakı. İlhamə İsabalayeva - Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti müsabiqə elan edir. Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin mükafatı elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə, yeni elmi istiqamətlərin təbliğ edilməsi, akademiyanın fəaliyyətinin geniş işıqlandırılması, gənclərdə elmi fəaliyyətə marağın oyadılması məqsədilə AMEA prezidenti tərəfindən 10 iyul 2017-ci il tarixində imzalanmış sərəncama əsasən təsis edilib. Mükafata iddiaçılar AMEA-nın həqiqi və müxbir üzvləri, habelə akademiyanın elmi müəssisə və təşkilatlarının elmi şuraları tərəfindən irəli sürülür.