300-ə yaxın tələbə Apelyasiya Komissiyasına müraciət edib


Digərləri 14 Yan 2019 13:14:00 63 0

300-ə yaxın tələbə Apelyasiya Komissiyasına müraciət edib

Azərbaycan Tibb Universitetində qış imtahanları başlayandan sonra Apelyasiya Komissiyasına tələbələr tərəfindən 300-ə yaxın ərizə təqdim edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Tibb Universitetində qış imtahanları başlayandan sonra Apelyasiya Komissiyasına tələbələr tərəfindən 300-ə yaxın ərizə təqdim edilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev deyib. O, ərizələrin bir qisminin əsaslı, böyük bir qisminin isə əsassız olduğunu deyib: “Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variantı göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır”. İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. O, açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib. Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin fikirlərini də öyrəniblər. İraq vətəndaşı, stomatologiya fakültəsinin II kurs tələbəsi Yahya Razi, I müalicə-profilaktika fakültəsinin tələbəsi Zərifə İsmayilova və digərləri testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini deyiblər. İmtahan nəzarətçisi, əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş laborantı S. Atakişizadə imtahanın gedişində hələ heç bir problemin yaranmadığını söyləyib. İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib. Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən şuranın üzvləri tələbələrin daha çox narazı qaldığı məqamlarla maraqlanıblar. Bir neçə tələbənin şikayətinin motivi ilə yerindəcə tanış olaraq ekspert rəylərini dinləyiblər. Bu zaman müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Cavid Mustafazadənin şikayətinə də baxılıb və onun müraciəti əsaslı hesab edilərək müsbət həll olunub. ATU-nun Apellyasiya komissiyasının sədri, professor Surxay Musayev imtahanlar başlayandan bəri 300-ə yaxın ərizə verildiyini, bu ərizələrin bir qisminin əsaslı, böyük bir qisminin isə əsassız olduğunu deyib: “Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə, kserekopiyalarla deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variant göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır”. İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ. Məmmədov universitetdə aparılan islahatların tələbələrin gələcək fəaliyyətlərində müstəsna rol oynayacağına əminliyini ifadə edib. Qeyd edək ki, İmtahan Mərkəzinə baxış zamanı üzərində qaynar xəttin nömrələri yazılan “rəy qutusu” da şura üzvləri tərəfindən açılıb və burada toplanan təkliflər, rəylər qruplaşdırılaraq araşdırılmaq üçün götürülüb. İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri - “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Alimli ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar.
DGK sədri: "Azərbaycana 803 milyon dollarlıq qızıl külçələr gətirilib" like
  • 14 Yan 13:13  
Digərləri DGK sədri: "Azərbaycana 803 milyon dollarlıq qızıl külçələr gətirilib"

2018-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 30 milyard 924 milyon dollar

arrow Ətraflı
Moskva aeroportlarında bomba həyəcanı like
  • 14 Yan 13:11  
Dünya Moskva aeroportlarında bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.

arrow Ətraflı
Qadınların iynə vurularkən arxasını çəkən şəxs saxlanılıb like
  • 14 Yan 13:08  
Dünya Qadınların iynə vurularkən arxasını çəkən şəxs saxlanılıb

Xəstəxanada iynə vurularkən qadınların arxasını çəkən şəxs saxlanı

arrow Ətraflı
Moskva aeroportlarında bomba həyəcanı like
  • 14 Yan 13:05  
Digərləri Moskva aeroportlarında bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır

arrow Ətraflı
Metroya soyunub girdilər  FOTO like
  • 14 Yan 13:04  
Digərləri Metroya soyunub girdilər FOTO

Dünən London, Berlin və Praqa şəhərlərinin metropolitenlərində "No

arrow Ətraflı
Paşinyan Ermənistanın baş naziri oldu like
  • 14 Yan 13:01  
Dünya Paşinyan Ermənistanın baş naziri oldu

Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nik

arrow Ətraflı
Əlillərin 6,5 milyon manatını mənimsəyən cəmiyyət sədrinin məhkəməsi başladı like
  • 14 Yan 12:56  
Digərləri Əlillərin 6,5 milyon manatını mənimsəyən cəmiyyət sədrinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən,

arrow Ətraflı
Nardaranda yenə odlu silah aşkar edilib  FOTO like
  • 14 Yan 12:55  
Digərləri Nardaranda yenə odlu silah aşkar edilib FOTO

DİN-dən Son.az-a verilən məlumata görə, Bakının Sabunçu Rayon Polis İd

arrow Ətraflı
Ermənistan parlamentinin ilk iclasını deputat Həsənov açdı like
  • 14 Yan 12:50  
Dünya Ermənistan parlamentinin ilk iclasını deputat Həsənov açdı

Ermənistanın parlamentinin yeni tərkibdə ilk iclası keçirilib

arrow Ətraflı
Qeys Shalke-dən göndərildi like
  • 14 Yan 12:50  
İdman Qeys Shalke-dən göndərildi

Schalke-nin yarımmüdafiəçisi Yoxannes Qeys ö

arrow Ətraflı
Bu il 30 minədək şəxs işlə təmin ediləcək like
  • 14 Yan 12:47  
Digərləri Bu il 30 minədək şəxs işlə təmin ediləcək

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operati

arrow Ətraflı
“Əzab çəkməkdən zövq alıram”  VİDEO  FOTO like
  • 14 Yan 12:45  
Şou-biznes “Əzab çəkməkdən zövq alıram” VİDEO FOTO

ARB TV-nin "Pəncərə" verilişinin qonağı aparıcı Afət Rahil

arrow Ətraflı
Aytəkin ailəsi ilə istirahətdə like
  • 14 Yan 12:41  
Şou-biznes Aytəkin ailəsi ilə istirahətdə

Aparıcı Aytəkin Mərdanova ailəsi ilə həftəsonu istirahətinə yollanıb.

arrow Ətraflı
Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib like
  • 14 Yan 12:39  
Digərləri Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanı baş nazir vəzifəsin

arrow Ətraflı