Paşinyan Ermənistanın baş naziri oldu


Dünya 14 Yan 2019 13:01:34 289 0

Paşinyan Ermənistanın baş naziri oldu

Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.

Qeyd edək ki, ötən il dekabrın 9-da keçirilmiş seçkilərdən sonra parlamentin ilk iclası bu gün baş tutub.