Bu il 30 minədək şəxs işlə təmin ediləcək


Digərləri 14 Yan 2019 12:47:33 258 0

Bu il 30 minədək şəxs işlə təmin ediləcək

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub. Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid mərkəzdən operativ və şəffaf şəkildə təqdim olunması təşəbbüsünə uyğun olaraq, ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq bu layihənin hüquqi və institusional işləri yekunlaşıb və cari ildə Bakıda 3 “DOST” mərkəzinin, ümumilikdə 2019-2025-ci illərdə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər “bir pəncərə”dən nazirlik üzrə 124 növdə xidmətlərin göstərilməsini təmin edəcək.