25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı


Dünya 14 Yan 2019 12:36:00 264 0

25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı

Almaniyanın Güterslo şəhərində velosiped oğurluğunda ittiham olunan azərbaycanlı gənc saxlanılıb

.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, polisin gəldiyi ilkin qənaətə görə, gənc və onun əlaltıları ən azı 51 dəfə oğurluq törədiblər. Cinayətkarlar əsasən bahalı velosiped markalarını, o cümlədən mauntinbaykları (dağ velosipedləri) oğurlayıblar ki, sonuncular adi velosipedlərdən daha bahadır.

Oğrular daha çox məktəblərin ətrafında fəaliyyət göstəriblər. Oğurlanmış velosipedləri başqa rəngə boyayıb gizli yollarla satıblar. Müəyyən vaxtdan sonra cinayətkarlar o qədər cəsarətləniblər ki, oğurluq velosipedləri "eBay" internet saytında satışa çıxarmağa başlayıblar. Velosipedlərdən birinin sahibi öz nəqliyyat vasitəsini tanıyıb və bundan sonra polis cinayətkarların izinə düşə bilib.

Tezliklə hüquq-mühafizə orqanları 25 yaşlı azərbaycanlını, onun ailəsini və yaxın ətrafını izləməyə başlayıb. Dəstənin başçısı həbs edilib, çoxsaylı axtarışlar keçirilib və onların nəticəsində xeyli sayda velosiped aşkarlanıb. Mənbəyə görə, 2018-ci ilin iyul ayından dekabra qədər ən azı 51 velosiped oğurlanıb ki, bunların da ümumi dəyəri təxminən 34 min avroya bərabərdir.