Bakıda məşhur marketə silahlı hücum edildi


Digərləri 14 Yan 2019 12:21:00 194 0

Bakıda məşhur marketə silahlı hücum edildi

Azərbaycanda supermarketə silahlı basqın olub.

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, "Bazarstore" marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.

Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan qaçıb.