Ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyədöyə öldürdü


Dünya 14 Yan 2019 12:14:00 234 0

Ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyədöyə öldürdü

Türkiyənin Hatay rayonunun İskəndərun qəsəbəsində pilləkəndən yıxıldığını deyib, xəstəxanaya gətirdiyi oğlunu atanın döydüyü üzə çıxıb.

Son.az sfera.az-a istinadla xəbər verir ki, Məhmət Əli Yılmaz adlı kişi 2012-ci ildə evləndiyi və bir müddət öncə boşandığı Gülüstan Özgərdən olan 6 yaşlı Mərtcan adlı oğlunu yanvarın 3-də xəstəxanaya gətirib.

O, xəstəxanada bildirib ki, oğlu pilləkənlərdən yıxılaraq xəsarət alıb. Vəziyyəti ağır olan uşağın müayinə zamanı oturacağında göyərtilər aşkarlanıb. Buna görə Mərtcanın atası polis tərəfindən şübhəli kimi dindirilib. Polisə ifadə verən zaman ata Yılmaz dərslərini oxumadığı üçün oğlunun oturacağına bir neçə dəfə vurduğunu etiraf edib. Polis ifadə əsasında araşdırmanı daha da dərinləşdirib. Və məlum olub ki, ata oğlunu süpürgənin dəmir sapı ilə vəhşicəsinə döyüb.

Ata Yılmaz dərhal həbs olunub. Hadisədən 4 gün sonra müalicə aldığı xəstəxanada Mərtcan vəfat edib.


Xəbərə aid fotolar