Deputat: Ermənistana hazır hesabatlarla gələn müşahidəçilər seçki müddətində erməni konyakının təsiri altında olurlar


Digərləri 14 Yan 2019 12:11:44 55 0

Deputat: Ermənistana hazır hesabatlarla gələn müşahidəçilər seçki müddətində erməni konyakının təsiri altında olurlar

Ermənistana hazır hesabatlarla gələn müşahidəçilər seçki müddətində erməni konyakının təsiri altında olurlar.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında cənab Prezident İlham Əliyev geniş, əhatəli və dərin mənalı nitqində həm keçilən yola yekun vurdu, həm də cari ildə inkişaf perspektivlərini müəyyənləşdirdi. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, dövlət başçısının nitqində diqqəti cəlb edən məsələlərdən biri Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindəki durğunluqdan çıxmaq barədə idi: "Məlum olduğu kimi, Ermənistan rəhbərliyi danışıqlardan boyun qaçıraraq bildirirdi ki, Azərbaycan danışıqları qondarma, üzdəniraq qurumla aparmalıdır. Bu mövqedə başlıca məqsəd qondarma rejimi danışıqların subyekti kimi tanıtmaq və statusunu əvvəlcədən müəyyənləşdirmək cəhdləri ilə bağlı idi. Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyi nəticəsində danışıqlar prosesi bərpa edildi, burada isə tərəflər həmişəki kimi Azərbaycan və Ermənistan oldu". M.Qasımlı əlavə edib ki, Prezident İlham Əliyev nitqində Ermənistanda demokratiyanın mövcud olmadığını da bildirdi: "Məlumdur ki, SSRİ dağıldıqdan sonra Ermənistanda keçirilən bütün seçkilər kobud şəkildə saxtalaşdırılıb, heç bir zaman erməni ünsürünün iradəsini ifadə etməyib. Levon Ter-Petrosyan terrorçu, kriminal, uşaq qatili Robert Koçaryan tərəfindən devrildi. Ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan isə Nikol Paşinyan tərəfindən devrildi. Onların hər biri hakimiyyətə gəldikdən sonra keçirdikləri saxta seçkilərdə qələbə çalıblar. Dünən səs çoxluğu alan qüvvə bu gün, çevrilişdən az sonra keçirilən seçkidə parlamentdə yer qazana bilməyib. Bu, “Ermənistan demokratiyası”nın özünəməxsusluğu, seçki karikaturası və əslində gülünc bir vəziyyətdir. Lakin ən qəribəsi bəzi beynəlxalq təşkilatların həmin seçkiləri “demokratik” adlandırmasıdır". Millət vəkili qeyd edib ki, onlar qısa müddətdə keçirilən seçkilərdə əvvəllər böyük üstünlüklə qələbə qazanan qüvvənin parlamentdə nə üçün yer tuta bilməməsinin üstündən sükutla keçirlər: "Bu, bir tərəfdən, dünyada mövcud olan ikili standartlarla, digər tərəfdən isə Ermənistanın ənənəvi “konyak diplomatiyası” ilə bağlıdır. Burada seçki keçirilməzdən əvvəl hansı xarici ölkədən kimlərin müşahidəçi kimi gələcəyi, hansı rəylər yazacağı bəlli olur". Deputat hesab edir ki, satın alınmış və Ermənistana hazır hesabatlarla gələn həmin şəxslər əslində özlərini rüsvay edirlər, seçki müddətində erməni konyakının təsiri altında olurlar. Onun sözlərinə görə, Ermənistanın xarici siyasətində məqsədə nail olmaq üçün ənənəvi yollardan biri məhz rüşvətlə ələ almaqdır: "Rüşvət və korrupsiya Ermənistan hakimiyyəti ilə eyniyyət təşkil edir. Ermənistan hakimiyyəti dedikdə, ilk növbədə, rüşvət və korrupsiya göz önünə gəlir. Lakin Ermənistanın böhrandan çıxmasının əsas yolu qonşuları, ilk növbədə, Azərbaycan ilə münasibətlərini normallaşdırmasından keçir". M.Qasımlı əlavə edib ki, bunun üçün əvvəlcə işğalçı ölkənin qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalı, işğal faktı aradan qaldırılmalıdır. Əgər bunlar baş verərsə, Ermənistan xalqı da normal şəraitdə yaşaya bilər. Əks təqdirdə Ermənistanda ümumi böhran davam edəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Özil göndərilir like
  • 14 Yan 12:10  
İdman Özil göndərilir

Arsenal yarımmüdafiəçisi Mesut Özillə bağl

arrow Ətraflı
Ayrılıqdan sonra ilk dəfə danışdı like
  • 14 Yan 12:09  
Digərləri Ayrılıqdan sonra ilk dəfə danışdı

Xəbər verdiyimiz kimi, müğənni Keremcem aktrisa sevgilisi İlay Erkökdən

arrow Ətraflı
Azərbaycanda avtomobillərin qiymətində hansı dəyişiklər gözlənilir? like
  • 14 Yan 12:05  
Digərləri Azərbaycanda avtomobillərin qiymətində hansı dəyişiklər gözlənilir?

"Qiymət artımı ölkədə ekoloji və texniki problemlər yarada bilər".

arrow Ətraflı
Kalın: Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır like
  • 14 Yan 12:03  
Digərləri Kalın: Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır

Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır.

arrow Ətraflı
BDUda kadr dəyişikliyi: like
  • 14 Yan 12:02  
Digərləri BDUda kadr dəyişikliyi:

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

arrow Ətraflı
Şamaxıda ər qəza törətdi, like
  • 14 Yan 12:01  
Digərləri Şamaxıda ər qəza törətdi,

Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölü

arrow Ətraflı
Real Pyatekdən imtina etdi like
  • 14 Yan 11:56  
İdman Real Pyatekdən imtina etdi

Real Madrid Genoa-nın hücumçusu Kristof Pyateklə

arrow Ətraflı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib like
  • 14 Yan 11:56  
Siyasət Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumd

arrow Ətraflı
Bakı sakininin bank hesabından 5 min manatdan artıq pul oğurlanıb like
  • 14 Yan 11:55  
Digərləri Bakı sakininin bank hesabından 5 min manatdan artıq pul oğurlanıb

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq ed

arrow Ətraflı
Ayan qızı ilə belə dincəlir like
  • 14 Yan 11:54  
Şou-biznes Ayan qızı ilə belə dincəlir

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə istirahətə yollanıb. 

arrow Ətraflı
Həcc ziyarəti ilə bağlı qiymətlərin artacağı gözlənilir like
  • 14 Yan 11:52  
Digərləri Həcc ziyarəti ilə bağlı qiymətlərin artacağı gözlənilir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan b

arrow Ətraflı
"Taxt oyunları"nın sonuncu mövsümü nə vaxt başlayır?  VİDEO like
  • 14 Yan 11:51  
Digərləri "Taxt oyunları"nın sonuncu mövsümü nə vaxt başlayır? VİDEO

ABŞ-ın ən məşhur fentezi seriallarından olan "Taxt Oyunları"nı

arrow Ətraflı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib like
  • 14 Yan 11:48  
Digərləri Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qə

arrow Ətraflı
Ledi Qaqa və başqaları  "Qırmızı xalı"nın ulduzları  VİDEO  FOTO like
  • 14 Yan 11:46  
Digərləri Ledi Qaqa və başqaları "Qırmızı xalı"nın ulduzları VİDEO FOTO

ABŞ-ın Kaliforniya ştatındakı Santa-Monika şəhərində "Critics'

arrow Ətraflı