Özil göndərilir


İdman 14 Yan 2019 12:10:00 646 0

Özil göndərilir

Arsenal yarımmüdafiəçisi Mesut Özillə bağlı qərarını verib.

Goal.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Unai Emeri futbolçunun yaxın günlərdə satılacağını deyib. İspaniyalı mütəxəssis 30 yaşlı Özilin satışından əldə olunan vəsaitlə yeni futbolçu əldə etməyi planlaşdırır. Yarımmüdafiəçi icarə əsasında başqa kluba getmək istəmir. Türk əsilli alman futbolçu Arsenal-da həftəsinə 350 min funt qazanır.