Real Pyatekdən imtina etdi


İdman 14 Yan 2019 11:56:00 426 0

Real Pyatekdən imtina etdi

Real Madrid Genoa-nın hücumçusu Kristof Pyateklə bağlı qərarını dəyişdirib.

Goal.az xəbər verir ki, “kral klubu” polşalının keçidini reallaşdırmayacaq. İtaliya klubu forvardın transferinə 60 milyon avro tələb edirdi. Madridlilər bu məbləğlə razılaşmayıb. Real 35-40 milyon avro ödəyəyə biləcəyini bildirib.

23 yaşlı Pyatek cari mövsüm 19 matçda 13 qol vurub. İtaliya çempionatında ən yaxşı bombardirlər siyahısında ikincidir. Juventus-un forvardı Kriştiano Ronaldo 14 qolla birinci yerdədir