Bakı sakininin bank hesabından 5 min manatdan artıq pul oğurlanıb


Digərləri 14 Yan 2019 11:55:00 216 0

Bakı sakininin bank hesabından 5 min manatdan artıq pul oğurlanıb

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5 405 manatının çıxarılaraq oğurlandığını bildirb. Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.