Pensiyalar necə indeksasiya olunmalıdır?


Digərləri 14 Yan 2019 11:33:00 214 0

Pensiyalar necə indeksasiya olunmalıdır?

Pensiyaların əhalinin gəlirindəki artım faizinə indeksasiyası təklif edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2,9 faiz artıb. Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Son.az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.