MTRŞ: Komediya janrında seriallarda xalqımızın ailə-məişət münasibətləri təhrif olunur


Digərləri 14 Yan 2019 11:31:00 206 0

MTRŞ: Komediya janrında seriallarda xalqımızın ailə-məişət münasibətləri təhrif olunur

Milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır.

Bakı. Elçin Mehdiyev - Milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib. Məlumatda qeyd edilir ki, xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.