Türk Standartları İnstitutu Bakı Ali Neft Məktəbinin İSO standartlarına tam cavab verdiyini təsdiq edib


Digərləri 14 Yan 2019 11:36:41 186 0

Türk Standartları İnstitutu Bakı Ali Neft Məktəbinin İSO standartlarına tam cavab verdiyini təsdiq edib

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçiriblər.

Bakı. Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçiriblər. Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olublar. Bir neçə gün davam edən qiymətləndirmə zamanı nümayəndələr Ali Məktəbin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyətini analiz ediblər. Qiymətləndirmənin yekunu olaraq Ali Məktəbin malik olduğu İSO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiq edilib və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyə edilib.