Arsenal şərtlə razılaşmadı


İdman 14 Yan 2019 11:18:00 337 0

Arsenal şərtlə razılaşmadı

Barcelona-nın yarımmüdafiəçisi Denis Suaresin icarə əsasında Arsenal-a keçidi yanvarda baş tutmaya bilər.

Goal.az xəbər verir ki, Kataloniya klubu futbolçunu mövsümün sonunda tam transfer şərtilə İngiltərəyə göndərmək istəyir. Arsenal bu şərtlə razılaşmır. 25 yaşlı ispaniyalının Arsenal-ın baş məşqçisi Unai Emeri ilə isti münasibəti var. Bu amil transferin həllində önəmli rol oynaya bilər.