Mirşahin Mehman haqqında: "Əvvəl bir az suvarıb, sonra qatıqlayıb"


Digərləri 14 Yan 2019 11:14:52 68 0

Mirşahin Mehman haqqında: "Əvvəl bir az suvarıb, sonra qatıqlayıb"

Son.az Real.TV-yə istinadən Mirşahin Ağayevin Mehman Hüseynovla bağlı çıxşını təqdim edir. 

...Ermənilərin maestroluğu ilə aparılan anti-Azərbaycan kampaniyasına ora-bura dağılmış bir ovuc azərbaycanlı, daha doğrusu Azərbaycansız da kömək edir. Məsələn, ötən həftədən başlanmış Mehman tragikomediyası.

Əslində, nə baş verib? Müvafiq savadı olmayan, reportyorluğun ilk millimetrlərində səntirləyərək dolaşan, birtərəfli, qərəzli, yoxlanmamış, qeyri-peşəkar məlumatlarla ucuz auditoriya toplayan bir yeniyetmə həbsxanada baş vermiş bir hadisə ilə əlaqədar araşdırma hədəfinə çevrilib. Bununla razılaşmayıb, aclıq elan edib. Özünün də etiraf etdiyinə görə sonradan dayandırıb, əvvəl bir az suvarıb, sonra da qatıqlayıb.

Mehmana dəstək məqsədilə aclıq yatağı açılıb. Bundan isə onun qardaşı Emin Hüseynov bir soxulcan kimi istifadə edərək balıq tutmaq niyyətinə düşüb. Baxmayaraq ki, artıq hamı, elə Mehman Hüseynov da bar-bar bağırır ki, ay camaat, ay qardaşlar, ay qardaş! Mən süd içirəm, qatıq yeyirəm, çörək yeyirəm...   Amma Emin Hüseynovla virtual aclıq yatağını bölüşən Sevinc Osmanqızı bütün ölkəni Mehmanxana gözündə görür. Amma ona dəstək verən aclıqdaşlar və ya qarındaşlar nədənsə öz fədakarlıqlarına Mehman kimi qatıq və süd düzəlişləri etmirlər. Qatığı Mehman içir, amma ağzının qatığını Emin dağıdır və hələ üstəlik, irad da tururlar ki, niyə onların qatığına turş deyirik. Azərbaycanın Avropa üçün bu qədər dəyərə malik olduğu bir zamanda, bir-iki qatıq damcısından yaranan siyasi məxluqlar xaricin orasında-burasında piket keçirir, mitinq təşkil edirlər. Hətta özünə xarici pasport ala bilməyən şəxsiyyət vəsiqəsi natamam birisi də bu yaxınlarda Bakıda mitinq planlaşdırır.   Maraqlıdır ki, sosial şəbəkədə guya 220 min izləyicisi olan bu adam birbaşa efirdə özünün xoxonminli auditoriyası ilə dərdləşmir, amma 1357 nəfərlə küçə aksiyasına üstünlük verir. Anlaşılmır. Təkrar edirəm. Mən Mehmanın nə aclıq etdiyini, nə də etmədiyini iddia edirəm.

Siyasətçinin həyatında aclıq etmək elə yemək qədər adi bir prosesdir. Amma bu mədə-şüvənliyin bir adı da var. İstintaqa təzyiq. Araşdırmanın aparılmasına hər vəchlə mane olmaq. Bəlkə elə, doğrudan, Mehman kimsəyə əl qaldırmayıb. Necə ki, Ukraynada jurnalist Arkadiy Babçenko da əvvəl öldürülmüşdü, sonra isə adam kimi gəlib mətbuat konfransı keçirdi və bəlli oldu ki, bu, bir əməliyyat imiş. Bəlkə elə bu saat Mehman Hüseynov ətrafında da bizim bilmədiyimiz bir əməliyyat gedir, ya da artıq o əməliyyat bitib?! Yəni görünmür ki, anti-Azərbaycan tör-töküntüsü bu dəfə də iflasa uğradı. 2018-ci ilin iyul terroru zamanında, Mingəçevir qəzasında olduğu kimi.

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz like
  • 14 Yan 11:11  
Digərləri “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya mali

arrow Ətraflı
Cəlilabadda dəhşət: like
  • 14 Yan 11:11  
Kriminal Cəlilabadda dəhşət:

Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb

arrow Ətraflı
Cari vergi ödənişində yenilik like
  • 14 Yan 11:10  
Digərləri Cari vergi ödənişində yenilik

2019-cu il yanvarın 1-dən bu kateqoriyadan olan hüquqi şəxslər mənfəət,

arrow Ətraflı
Bu universitetin tələbələrinə xoş xəbər like
  • 14 Yan 11:04  
Digərləri Bu universitetin tələbələrinə xoş xəbər

Əvvəl fənnin kredit yükündən asılı olaraq, internetdə 700-1000 arası s

arrow Ətraflı
İlkin Elşənlə arxiv like
  • 14 Yan 11:01  
Şou-biznes İlkin Elşənlə arxiv

Aktyor-aparıcı İlkin Həsəni həmkarı Elşən Orucovla arxiv fotosunu yayı

arrow Ətraflı
Bu ərazilərdə işıq olmayacaq - BU GÜN və SABAH like
  • 14 Yan 11:00  
Digərləri Bu ərazilərdə işıq olmayacaq - BU GÜN və SABAH

Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.

arrow Ətraflı
Hansı oyun, hansı kanalda? like
  • 14 Yan 11:00  
İdman Hansı oyun, hansı kanalda?

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiri

arrow Ətraflı
Avropa donur: 21 nəfər like
  • 14 Yan 10:57  
Dünya Avropa donur: 21 nəfər

Avropada anomal soyuqlar, şaxta və güclü qar yağıntıları davam edir.

arrow Ətraflı
Mer səhnədə bıçaqlandı like
  • 14 Yan 10:54  
Dünya Mer səhnədə bıçaqlandı

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç xeyriyyə konsertində hücu

arrow Ətraflı
Təmas xəttində növbəti monitorinq keçiriləcək like
  • 14 Yan 10:53  
Digərləri Təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitori

arrow Ətraflı
Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı like
  • 14 Yan 10:52  
Digərləri Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı

Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiy

arrow Ətraflı
Səddam Hüseyni edam etdirən hakimin faciəli sonu  VİDEO like
  • 14 Yan 10:50  
Dünya Səddam Hüseyni edam etdirən hakimin faciəli sonu VİDEO

İraqın sabiq prezidenti Səddam Hüseynin edamına qərar verən hakim Rauf Ə

arrow Ətraflı