Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqlandı


Siyasət 14 Yan 2019 11:18:10 453 0

Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqlandı

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə bu ilin yanvarın 16-da Parisdə görüş keçiriləcək.

XİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.