"Maşınımdan cadu tapmışam"


Şou-biznes 14 Yan 2019 11:20:00 690 0

"Maşınımdan cadu tapmışam"

Maşınımdan, evimdən o qədər cadu tapıram ki... Son günlər axtarmıram, bilirəm ki, baxsam tapacam.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Söhbət var" verilişində deyib. Sənətçi bildirib ki, tez-tez evindən, avtomobilindən cadu tapır: "Maşında bir neçə qıfıl tapmışdım, yanında da başqa şeylər var. Əvvəl maşına dəmir kimi baxırdım, kimə oldu verirdim. Kimsə istəyirdi, deyirdim götür. Son edilən cadular sənət adamları tərəfindəndir. Hətta üzümə də deyib ki, mən etdirmişəm. Bir yox, bir neçə sənətçi var ki, cadu ilə məşğul olur".