Nardaranda keçmiş məhkumdan odlu silah-sursat götürülüb (FOTO)


Digərləri 14 Yan 2019 11:17:44 192 0

Nardaranda keçmiş məhkumdan odlu silah-sursat götürülüb (FOTO)

Sabunçu rayonu Nardaran qəsəbəsi sakinindən odlu silah-sursat aşkar edilərək götürülüb

Bakı. Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onu yaşadığı evin həyətyanı sahəyə baxış zamanı, torpağa basdırılmış “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb. H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini billdirib.