Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı


Digərləri 14 Yan 2019 10:52:00 227 0

Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı

Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiyi məlum olub.

Son.az ölke.az-a istinadla xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb. Belə ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub. Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.