Mer səhnədə bıçaqlandı


Dünya 14 Yan 2019 10:54:15 332 0

Mer səhnədə bıçaqlandı

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç xeyriyyə konsertində hücuma məruz qalıb.

Son.az TVP İnfo-ya istinadən bildirir ki, merin mətbuat katibi Maqdalena Skorupka-Kaçmarekin verdiyi məlumat görə, xəstəxanaya aparılmış merin vəziyyəti indi çox ağır, kritikdir.

Xeyriyyə konserti əsnasında səhnədə mer P.Adamoviç çıxış edərkən qəflətən səhnəyə qalxan şəxs merə bir neçə bıçaq zərbəsi vurub.

Gazeta Wyborcza-nın məlumatına görə, meri bıçaqlayan şəxs adının Stefan olduğunu deyib. O, mikrofonu qaparaq qışqırıb: "Heç bir günahım olmadığı halda həbsxanaya salındım, həbsdə qaldım. Məni "Vətəndaş platforması" işgəncələrə məruz qoydu. Adamoviç məhz buna görə öləcək".


Xəbərə aid fotolar