Avropa donur: 21 nəfər
Dünya 14 Yan 2019 10:57:31 267 0
Avropada anomal soyuqlar, şaxta və güclü qar yağıntıları davam edir.
Havaların həddən artıq soyuq keçməsi artıq 21 nəfərin ölümünə səbəb olub.
Son.az Daily Mail-ə istinadən bildirir ki, Avropa Birliyinin bir sıra ölkələrində fövqəladə vəziyyət elan olunub.
Avstriyada qar uçqunu nəticəsində 3 turist həlak olub, bir nəfər itkin düşüb. Dağ xizəkçilərinin cəsədlərini xilasedicilər tapıblar. Qar uçqununa düşmüş 17 məktəbli xilas olunub.
Bavariyada qar uçqunu nəticəsində Balderşvanq kurortunda təxminən 2 min nəfərin ətraf aləmlə əlaqələri kəsilib.
Bolqarıstanda iki snoubordçu qar uçqununa düşərək həlak olub.
Mənbə: milli.az