Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqlayıb


Digərləri 14 Yan 2019 10:57:00 235 0

Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqlayıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu ilin yanvarın 16-da Parisdə görüş keçiriləcək.

Bakı. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin yanvarın 16-da Parisdə görüş keçiriləcək. XİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin