Məşhur cərrah açıqladı


Digərləri 14 Yan 2019 10:43:00 205 0

Məşhur cərrah açıqladı

Türkiyəli həkim bütün bədənin və hüceyrələrin sudan ibarət olduğunu deyib

Metabolik cərrahiyyə mütəxəssisi Gurdal Ören suyun bədən üçün əhəmiyyətindən danışıb və gündə nə qədər su içmək lazım olduğu barədə məlumat verib.

Son.az publika.az istinadən xəbər verir ki, türkiyəli həkim bütün bədənin və hüceyrələrin sudan ibarət olduğunu deyib.

"Lakin günün böyük əksəriyyətini evdə keçirən xanımla mədən işçisinin su ehtiyacı eyni ola bilərmi? Yaxud da gəzə bilməyən, bütün gününü yataraq keçirmək məcburiyyətində qalan bir xəstə ilə məktəbə və ya işə saatlarla gedən birinin? Təxmin edirəm ki, suala cavabımız eynidir. Əlbəttə ki, müxtəlif həyat tərzi sürən insanların su ehtiyacı eyni ola bilməz.

Həyat tərzi fərqlidirsə, ehtiyac da fərqlidir. Ancaq burada tək səbəb hərəkətli və ya hərəkətsiz həyat tərzi deyil. Elmi tədqiqatlar göstərib ki, bədənin lazım olduğundan su qəbul etməsinin heç bir faydası yoxdur. Biz gün ərzində yalnız tərləmə yolu ilə orta hesabla yarım litr su itiririk. Nəfəs verərkən belə, ağız və burnunuzdan çıxan havayla gündə orta hesabla 237 millilitr su itiririk. Sidik və nəcis yolu ilə də hər gün 1.4 litr suyu çölə atırıq. Bu da təxminən 2 litrə bərabərdir. Bədənin gündəlik suya ehtiyacı 2 litrdən çox olmalı deyil".