Kapital Bank "Breyn Rinq"in qalib komandasını mükafatlandırdı


Digərləri 14 Yan 2019 10:38:00 249 0

Kapital Bank "Breyn Rinq"in qalib komandasını mükafatlandırdı

Xəbər verdiyimiz kimi Kapital Bank, "Breyn Rinq" televiziya layihəsinin maliyyə tərəfdaşıdır.

2018-ci ilin dekabr ayında yekunlaşan mövsümdə "Bilik Kuboku"nun sahibi və Azərbaycan çempionu "Kapital Bank" komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.