Məktəbi vaхtından əvvəl bitirmək istəyənlər üçün imtahanlar keçiriləcək


Digərləri 14 Yan 2019 10:35:00 191 0

Məktəbi vaхtından əvvəl bitirmək istəyənlər üçün imtahanlar keçiriləcək

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, eksternat imtahanları 14-15 yanvar tarixlərində paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq. Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq.