Tramp Türkiyəni təhdid etdi: “Məhv edərik”


Dünya 14 Yan 2019 10:11:00 201 0

Tramp Türkiyəni təhdid etdi: “Məhv edərik”

Kürdlərə hücum etsələr, Türkiyəni iqtisadi cəhətdən məhv edərik.

Son.az azvision.az-a istinadla xəbər verir ki, belə bir sensasion açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib. ABŞ-ın 20 millik təhlükəsiz bölgə quracağını qeyd edən Tramp bildirib ki, kürdlərin Türkiyəni təxribata çəkməsini istəmir.

Bundan əlavə, Tramp Amerika hərbçilərinin Suriyadan çəkilməsinə toxunub: "Hazırda əsgərlərimizi evə gətirmə zamanıdır. Biz sonu olmayan müharibələri bitirəcəyik".