Ukraynada quldurluqda ittiham olunan azərbaycanlı Polşada saxlanıldı


Kriminal 14 Yan 2019 09:28:00 523 0

Ukraynada quldurluqda ittiham olunan azərbaycanlı Polşada saxlanıldı

Polşanın Qdansk şəhərində Ukraynada cinayət törətmiş, 1990-cı il təvəllüdlü, əslən Azərbaycanın Gəncə şəhərindən olan Müseyibov Elşən Musa oğlu saxlanılaraq geri təhvil verilib.

Son.az-ın report- a istinadən verdiyi məlumata görə, E. Müseyibov Ukraynanın Rovno (qərbi Ukrayna) şəhərində silsilə quldurluq hadisəsi törətmiş mütəşəkkil cinayətkar dəstənin aparıcı üzvlərindən biri kimi axtarışa verilib.