Bu nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb
Digərləri 14 Yan 2019 08:45:00 222 0
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısına dəyişikliklər edilib
Bakı.
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişikliklər edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərar əsasən, büdcədən maliyyələşdirilən qurumlar bölməsinə aşağıdakı məzmunda hissələr əlavə edilib.
“Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi;
“Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi;
“Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi;
“Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi;
"Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi;
Mənbə: az.trend.az