Turistləri riqqətə gətirən abidə


Digərləri 14 Yan 2019 04:30:00 226 0

Turistləri riqqətə gətirən abidə

Ölkəmizə səfərə gələn rəsmi şəxslərin və turistlərin üz tutduğu məkanlardan biri də İçərişəhərdir.

Son.az bildirir ki, AZƏRTAC-ın əməkdaşı turistlərin bu qədim məkanla tanışlığı zamanı ən çox hansı tarixi abidəmizi ziyarət etməsi ilə maraqlanıb. Kimisi Şirvanşahlar Saray Kompleksinin dəbdəbəsinə heyran olur, kimisi isə Bəylər məscidinin özünəməxsus ab-havasında rahatlıq, dinclik tapır. Təbii ki, Qız qalasının ölkəmizin beynəlxalq səviyyədə tanınan simvolu olması hər birimizə bəllidir. Bakını və ya İçərişəhəri ziyarət edən hər bir qonaq min illərin sınağından keçmiş, bu günə qədər də öz sirlərini qoruyub saxlayan, əzəmətli Qız qalasına biganə qala bilmir. Hər kəs bu abidədə özünün daxili dünyasına yol tapan, gözoxşayan bir xüsusiyyət axtarır. Bu baxımdan Qız qalası hər bir turistdə böyük maraq doğurur.