"Barselona" 3:0 "Eybar": Messi İspaniya Çempionatıda 400-cü qolunu vurub


Digərləri 14 Yan 2019 01:36:12 240 0

"Barselona" 3:0 "Eybar": Messi İspaniya Çempionatıda 400-cü qolunu vurub

"Barselona" futbol klubu İspaniya Futbol Çempionatının 19-cu turunda "Eybar" komandasını qəbul edib.

Bakı. "Barselona" futbol klubu İspaniya Futbol Çempionatının 19-cu turunda "Eybar" komandasını qəbul edib. Trend-in məlumatına görə, "Kamp Nou" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 19-cu dəqiqədə Luis Suares açıb. Hesabda fərqi 53-cü dəqiqədə "Barselona"nın hücumçusu Lionel Messi artırıb. 6 dəqiqə sonra Luis Suares dubla imza ataraq komandasının 3-cü qolunu vurub.