Möcüzə və sənətin hədiyyəsi olan 110 yaşlı "Əsgər atası" FOTO


Kriminal 13 Yan 2019 23:34:00 783 0

Möcüzə və sənətin hədiyyəsi olan 110 yaşlı "Əsgər atası"  FOTO

Bir versiyaya görə, o, Bakıda doğulub 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Deyirlər ki, dahi fiziklər, riyaziyyatçılar o zaman öz məqsədlərinə çatırlar ki, öz formulları ilə üzbəüz qalırlar, yaşam tərzlərindən uzaqlaşırlar. Biz incəsənət adamları da - səhnədə və ya çəkiliş meydanında kamera, rejissorlarla və aktyorlarla işləyərkən həmin fiziklərdən, riyaziyyatçılardan öyrənməliyik. Öz qəhrəmanımızla ikilikdə qalmağı bacarmalıyıq. Sən və sənin qəhrəmanın. Öz qəlbinlə və düşüncənlə ciddi müşahidə etməli, qəlbinin səsinə qulaq asmalı, qəhrəmanının qəlbinin səsini duymalısan. Kim ki, bu yaradıcılığın sirrini tapır, o, həqiqətən xoşbəxtdir. Ona görə xoşbəxtdir ki, bu açar bütün sirli qapıları açır". Kino həvəskarlarına "Əsgər atası" filmindən tanış olan Serqo Zakariadzenin "Teatral həyat" jurnalında yazdığı bu sözlər kino və teatrı özünə sənət seçən və bu sənətə aludə olan insanlar üçün seçdiyin peşəyə vicdan və məsuliyyətlə yanaşmağın əsil nümunəsidir.

"Mən hər şeydən əvvəl, xalq həyatının incəliklərinə borcluyam ki, onları Gürcüstanın kəndlərində müşahidə edə bilmişəm" - deyən məşhur teatr və kino aktyoru Serqo Zakaridzenin 110 illik yubileyidir.


Xəbərə aid fotolar