Saunanın insan orqanizminə faydaları və ziyanı


Digərləri 13 Yan 2019 21:59:00 296 1

Saunanın insan orqanizminə faydaları və ziyanı

Əsasən soyuq havalarda bir çoxumuz saunlara üz tutur, buğxanalarda vaxt keçiririk. Əsasən bunun insan sağlamlığı üçün faydalı olduğuna inanırıq.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, alimlər sauna və buğxananın bəzi insanların sağlamlığı üçün təhlükəli olduğunu araşdırıblar.

1978-ci ildə amerikalı alimlər çətin patoloji sinir sistemi olan uşaq dünyaya gətirən 63 qadın üzərində təcrübə aparıblar. Məlum olub ki, onlardan ikisi hamiləliyin ilk aylarında müntəzəm olaraq saunaya gediblər. Həkimlər ehtimal edirlər ki, hamamdakı istilik və nəmişik dölün inkişafına mənfi təsir edib.

Heyvanlar üzərində aparılan təcrübə bunu sübut edib. Hamilə kəsəyənlərdə bədən tempraturunun kəskin artımı embrionların deformasiyası ilə nəticələnib.

Amma fin fizioloqları bununla razılaşmadılar və statistikanı ortaya qoydular. Hamilə fin qadınların 99 faizi hər həftə saunaya gedib. Yeni doğulanlarda nevrolojo patologiya isə dünya üzrə ən aşağı göstəricidədir.

Bundan başqa finlərin keçirdiyi təcrübədə üçdə ikisi hamilə olan 60 qadın iştirak edib. Təcrübədə iştirak edən qadınları sauna üçün xarakterik olan otaqlara salıblar. Həqiqətən də onların dəriləri orta hesabla beş dərəcəyə qədər isinib. Bədənin rektal tempraturu isə 0.3 və 0.5 dərəcə artıb. Hətta uzun müddət hamamda qaldıqdan sonra isə 38.9 dərəcəyə qədər artmayıb. Alimlər qadın və embrionların qan dövranı və ürək döyüntüsündə heç bir dəyişiklik aşkar etmədikləri üçün sanunanın hamiləliyə ziyan vurmadığı qənaətinə gəliblər.