XX əsrin açılmayan sirri Üçüncü Reyxin yoxa çıxan rəhbərləri (3cü yazı)


Digərləri 13 Yan 2019 21:10:00 342 0

XX əsrin açılmayan sirri  Üçüncü Reyxin yoxa çıxan rəhbərləri (3cü yazı)

İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar. 1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.

Son.az "ölkə.az"-a istinadən izi-tozu bilinməyən nasist liderləri haqqında geniş yazının üçüncü hissəsini təqdim edir.

Martin Borman

Beynəlxalq tribunaldan qaça bilən başqa bir nasist cinayətkarı Martin Bormandır. Martin Borman Hitlerdən sonra faşist Almaniyasının ikinci adamı və partiya dəftərxanasının rəisi olub. Sovet ordusu tərəfindən mühasirəyə alınmış Berlindən Martinin necə qaçması barədə məlumat çox azdır. Rəsmi versiyaya əsasən, Borman artıq küçələrdə savaşın getdiyi Berlindən çıxaraq qross-admiral Deynitsi xəbərdar etmək üçün çıxıb. Onunla birlikdə isə mühasirədən SS Norland diviziyasının bir hissəsi, Reyx dəftərxanasını mühafizə edən "Berensfenger" bölüyünün sağ qalanları, Hitlerin şəxsi pilotu X.Bauer, onun adyutantı O.Qyunşe və sürücü E.Kempke də çıxıb. Şpree sahilində isə sovet artilleriyası qrupu atəşə tutdu. Adyutant və pilot əsir düşdü. Sürücü və gənc faşist hərəkatı liderlərindən biri A.Oksman mühasirədən qaça bildi.

Bormanın Berlindən çıxması barədə isə şahidlər bir-birinə zidd ifadələr veriblər. Belə ifadələrin verilməsinin də müəyyən məqsədlə və ya təsadüfən olması da sual altındadır. Əsas versiyaya görə, Borman yaralansa da, dayanmayıb və hərəkətə davam edib, nəticədə isə öldürülüb. Bu hadisənin Berlin ətrafında, mərkəzində olmasını isə heç kəs dəqiq söyləyə bilmir. Nürnberqdə keçirilən beynəlxalq tribunalda isə Borman barədə qiyabi ölüm hökmü verildi çünki nasist cinayətkar hakim qarşısında deyildi.


Xəbərə aid fotolar