15 yaşlı piyadanı maşın vurub


Digərləri 13 Yan 2019 21:05:00 205 0

15 yaşlı piyadanı maşın vurub

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az report-a istinadən bildirir ki, rayonun Düzqırıqlı kəndi ərazisində yolu keçmək istəyən 15 yaşlı Asim Bədəlovu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.