Gözəllikləri ilə göz qamaşdıran məşhur modellərin FORMADA QALMAQ SİRLƏRİ FOTO


Digərləri 13 Yan 2019 20:51:00 274 0

Gözəllikləri ilə göz qamaşdıran məşhur modellərin FORMADA QALMAQ SİRLƏRİ  FOTO

Dünyanın məşhur modelləri daim formada qalmaq üçün bir çox üsullara ət atırlar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bəzi məşhur modellər isə əslində formada qalmaq üçün heç bir əziyyət çəkmirlər. Siyahını və gözəllərin sirlərini oxucularımıza təqdim edirik.

1. Bella Hadid

İncə beli və uzun ayaqları ilə məşhur olan Bella kartof qızartması, pendir və ketçupdan gündəlik istifadə etdiyini bildirib. Bir çoxları bunun həqiqəti əks etdirmədiyini düşünsə də, əslində Bella istədiyi vaxt istədiyi yeməyi, günün istənilən saatında yeyib kökəlməyən insanlardandır.

2. Cici Hadid

İştirak etdiyi bir verilişdə Cici qeyd edib ki, hər həftə mütləq hamburqer qəbul edir.

3. Kara Delevin

Digər modellərdən fərqli olaraq Karanın iş qrafiki gərgin olduğu üçün fast food yeməklərinə üstünlük verir. Delevin bildirir ki, istədiyi yeməyi yesə də, idmanla məşğul olmağı əsla unutmur.

4. Miranda Kerr

Gözəl  model daim pəhrizdə olduğunu bildirir. Amma bununla belə, heç vaxt ac qalmır. Səhərlər yuxudan duran kimi bir stəkan limonlu su içən Miranda əsasən salat və qızardılmış balıq yeyir.


Xəbərə aid fotolar