Qətər ABŞa sərmayə yatırımını 45 milyard dollara çatdıracaq


Dünya 13 Yan 2019 20:14:00 227 0

Qətər ABŞa sərmayə yatırımını 45 milyard dollara çatdıracaq

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

Son.az report-a istinadən bildirir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb.