Özbəkistana gələn yük qatarının vaqonunda partlayıcı qurğu aşkar edilib


Dünya 13 Yan 2019 19:44:00 248 0

Özbəkistana gələn yük qatarının vaqonunda partlayıcı qurğu aşkar edilib

Türkmənistandan Özbəkistana gələn yük qatarının vaqonlarından birində partlayıcı qurğu aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Özbəkistan Dövlət Gömrük Komitəsinin əməkdaşları vaqonlardan birində 200 qramlıq trotil şaşkası və onu işə salmaq üçün 1 ədəd elektrodetonaror aşkar ediblər.