Azərbaycanın bu ərazilərində bitki örtüyü 30 faiz azalıb


Digərləri 13 Yan 2019 19:01:00 204 0

Azərbaycanın bu ərazilərində bitki örtüyü 30 faiz azalıb

Böyük Qafqazın cənub-şərq yamacının 30%-ə yaxını (Qobustan, Şamaxı inzibati rayonlarının bir hissəsi) yüksək və çox yüksək sürüşmə təhlükəli ərazilərdir ki, onun da bir hissəsi Bakı-Şamaxı-Yevlax magistral yolunun ətrafına düşür.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, bu qənaətə 2017-2018-ci illərdə "Böyük Qafqazın cənub-şərq yamacının mənimsənilən dağ geosistemlərinin ekocoğrafi qiymətləndirilməsi" mövzusunda aparılan araşdırma nəticəsində gəlinib.

Sürüşmənin qarşısını almaq üçün Bakı-Şamaxı-Yevlax magistral yolu boyunca müxtəlif hissələrdə bəndlərin tikildiyini vurğulayan M.Həsənov əlavə edib ki, tədqiq olunan ərazinin relyefinin az meyilli olması həmin bölgənin mənimsənilməsinə təsir edir. Belə ki, regionun 3012,1 min kvadrat km-i, yəni 50,4%-i meyilliliyi 200-dən aşağı, 26% hissəsində isə meyillilik 200-300 və nəhayət 23,6% hissəsində isə meyillilik 300-dən yuxarıdır: