İmam Rzanın oğlu harada dəfn edilib?


Digərləri 13 Yan 2019 18:14:00 246 0

İmam Rzanın oğlu harada dəfn edilib?

Bu gün muxtar respublikanın ərazisində yerləşən tarixi-mədəniyyət abidələrindən 140-dan çoxunu ziyarətgahlar təşkil edir. Bunlar arasında imamzadələrin özünəməxsus yeri var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Məlumdur ki, "İmam" kəlməsi ərəb dilindən tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və bu müqəddəs insanın nəslindən olan şəxslər imam adlandırılıblar. Tarixdən məlumdur ki, həmin imamlar Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər. Səfəvilər dövründə imamlar ilə bağlı olan ziyarətgahların üzərində türbələr inşa edilib. Təsadüfi deyil ki, Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadələr də Səfəvilər dövründə tikilib.

Xanlıqlar kəndindəki İmamzadə

Tədqiqatçıların fikrincə, Şərur rayonunun Xanlıqlar kəndində yerləşən İmamzadə türbəsi XVI əsrə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə "İbrahim ibn Musa" yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş "Xanlıqlar İmamzadəsi" adlı məlumat kitabçasında da bu məzarın yeddinci İmam Musa Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş "Azərbaycanı öyrənmə yolu" adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin "Şərur dairəsinə səyahət haqqında qeydlər" sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.

2016-cı ildə Xanlıqlar kəndində muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilən "Parçı İmamzadəsi" bərpadan sonra bənzərsiz sənət nümunəsi kimi diqqəti çəkir. Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahların bərpa olunması, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilməsi bu abidənin də yenidən həyata vəsiqə almasına şərait yaradıb. Onu da qeyd edək ki, İmamzadənin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Qədim İmamzadə türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb.

İmamzadə yüksək bədii sənətkarlıq, memarlıq xüsusiyyətlərinə malik bir abidə kimi bu bölgənin hələ çox qədim dövrlərdən etibarən mühüm mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, burada yerli memarlıq məktəbi ənənələrinin formalaşdığını sübut edir. Çünki böyük bir tarixi dövr ərzində yüksək sosial, iqtisadi, siyasi və ən əsası isə mədəni tərəqqisi ilə seçilən Naxçıvanda məhz belə mükəmməl sənət nümunələrinin yaradılması təsadüfi xarakter daşımayıb. Xanlıqlar kəndindəki İmamzadə abidəsi xalqımızın etnomental dəyərləri, dini baxış və təsəvvürlərini, inanclarını, etnopsixoloji və əxlaqi münasibətlər sistemini, bir növ, özündə təcəssüm etdirən mühüm bir ziyarətgahdır.

Xanlıqlar kəndindəki İmamzadənin unikallığını şərtləndirən mühüm göstəricilər sırasında ən önəmli keyfiyyətlərdən biri də onun yalnız türbə kimi mövcudluğunu məhdudlaşdırmamasıdır. Daha dəqiq ifadə etsək, bu abidə bütöv bir dini-mədəni və tarixi memarlıq kompleksidir. İmamzadənin bərpası zamanı abidənin orijinallığı qorunub saxlanılıb, ümumi memarlıq ansamblı xüsusi diqqətlə mühafizə edilib.

İmam Rzanın oğlunun dəfn edildiyi məkan


Xəbərə aid fotolar