Hücuma hazırlaşan 3 terrorçu öldürüldü


Dünya 13 Yan 2019 17:22:00 234 0

Hücuma hazırlaşan 3 terrorçu öldürüldü

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Sinat-Haftanin regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Son.az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.