Çaylarda suyun səviyyəsi açıqlandı


Digərləri 13 Yan 2019 17:24:00 194 0

Çaylarda suyun səviyyəsi açıqlandı

Respublika çaylarında suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 192 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.