Suriyanın paytaxtına uçuşlar bərpa olunur


Dünya 13 Yan 2019 15:40:00 223 0

Suriyanın paytaxtına uçuşlar bərpa olunur

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.

Baş direktor bildirib: "Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".