Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirdi


Digərləri 13 Yan 2019 15:28:00 229 0

Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirdi

Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ"a dönüşünə münasibət bildirib.

Son.az bildirir ki, ukraynalı mütəxəssisin Report-a açıqlamasına görə, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfsilənir:

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram".