İtaliyalı kommunistterrorçu Boliviyada tutuldu


Dünya 13 Yan 2019 13:46:00 210 0

İtaliyalı kommunistterrorçu Boliviyada tutuldu

Ölkəsində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti Boliviyada saxlanılıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə "Infobae" portalı yazıb.

"İtaliyalı terrorçu Çezare Battisti Boliviyada axşam saxlanılıb (şənbə günü) və İtaliya məhkəməsinin qərarına müvafiq olaraq ömürlük həbs cəzasını çəkmək üçün tezliklə Braziliyaya, oradan da yəqin ki, İtaliyaya göndəriləcək", - deyə portal Braziliya prezidentinin müşaviri Filipe Martinsə istinadən qeyd edib.