Adnan Oktardan Ərdoğana məktub


Dünya 13 Yan 2019 13:34:00 235 0

Adnan Oktardan Ərdoğana məktub

Türkiyədə ilahiyyatçı Adnan Oktar ölkə başçısı Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunan Adnan Oktar 6 aydır saxlanıldığı Ədirnə həbsxanasında məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün prezidentə məktub göndərib.

O, saxlanıldığı həbsxanadakı şəraitdən narazlıq edərək dövlət başçısını təcili müdaxilə etməyə səsləyib.