Politoloq: "Prezident İlham Əliyev Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi"


Siyasət 13 Yan 2019 13:22:00 434 0

Politoloq: "Prezident İlham Əliyev Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış cinayətkar rejimin qeyri-qanuni, qeyri-sivil üsullara söykənən xarici siyasətini - işğala, rüşvət diplomatiyasına, əcnəbi siyasi xadimlərə, beynəlxalq təşkilatlarda mövqe tutan siyasətçilərin orden, medallar verməklə ələ alınmasına əsaslanan xarici siyasətini çox gözəl səciyyələndirdi.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, bütün bunların nəticəsində beynəlxalq təşkilatlarda ikili standartlar hökm sürməkdə, BMT kimi mötəbər təşkilatın Ermənistandan işğal olunmuş torpaqlarımızı qeyd-şərtsiz azad etməsini tələb edən dörd qətnaməni qəbul etməsinə baxmayaraq, işğalçı ölkə öz qoşunlarını Azərbaycan ərazisində qeyri-qanuni şəkildə saxlamaqda davam edir, üstəlik, atəşkəsi pozaraq hərbi qulluqçularımızı və dinc mülki əhalini öldürür.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev, habelə artıq siyasi səhnədə xeyli zəifləmiş kriminal rejimin uğursuz daxili siyasətinin - işğal nəticəsində ölkəsinin iqtisadiyyatının zəifləməsi, öz xalqına zorakılıq tətbiq etməsi, ölkədə dərin demoqrafik böhranla əlaqədar əhali sayının getdikcə azalması, regional layihələrdən kənarda qalması nəticəsində xalqın səfalət həddində yaşaması kimi problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi:

"Prezident haqlı olaraq bildirdi ki, Ermənistandan və erməni diplomatiyasından konyakdan tutmuş işğalçı dövlətin mükafatlarını, orden və medallarını rüşvət qismində alan əcnəbi siyasətçilər onların qeyri-qanuni maraqlarının icraçısına çevrilirlər. Biz buna aid yüzlərlə fakt sadalaya bilərik. Həmin siyasətçilərin adı bizə yaxşı məlumdur. Təəssüf ki, onlar haqq-ədaləti müdafiə etməkdənsə, işğalçı ilə əməkdaşlıq edir, ləyaqətlərini və mənsub olduqları beynəlxalq təşkilatların prinsiplərini şəxsi mənafelərinə qurban verirlər".

N.Məmmədova əlavə edib ki, məhz bu cür mənfi amillər nəticəsində beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini lazımi səviyyədə müdafiə etmir, işğalçıya həddini bildirib onu beynəlxalq hüquqa riayət etməyə məcbur etmirlər. Bu səbəblərdən də suveren bir dövlətin ərazisi 27 ildir ki, işğal altındadır və Ermənistan qoşunları Azərbaycan ərazisinin beşdəbir hissəsindən hələ də çəkilməyib.

Politoloq deyib ki, Ermənistanda saxta seçkilərin əksər hallarda guya standartlara uyğun olaraq keçirildiyi beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb:

"Halbuki ermənilər son növbədənkənar parlament seçkilərində keçmiş rejimin tör-töküntülərinə əvvəllər də olduğu kimi tam etimadsızlıq göstərdi və onlar cənab Prezidentin də qeyd etdiyi kimi, heç 5 faiz səs toplaya bilmədilər. Oğru, cinayətkar rejim Ermənistan siyasi səhnəsində xeyli zəifləyərək öz hegemon mövqeyini birdəfəlik itirdi. Qarabağ kartından istifadə edərək hakimiyyəti zəbt edən rejim öz cinayətkar əməllərinin qurbanına çevrildi".

Onun fikrincə, bununla belə, Azərbaycan yenə də humanizm nümayiş etdirərək Ermənistana şans verir ki, işğala son qoymaq şərti ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələrə qoşulmaq imkanı əldə edə bilər: "Əgər Paşinyan əvvəlki rejimin səhvlərini təkrarlamayaraq işğalçılıqdan əl çəkərsə, Azərbaycanın verdiyi son şansı dəyərləndirə bilərsə, bəlkə o zaman Ermənistan ziyanın yarısından qayıdıb xeyir tapa bilər".

Son.az 

“Whatsapp”da YENİLİK like
  • 13 Yan 13:16  
Digərləri “Whatsapp”da YENİLİK

"Whatsapp"ın "Android" versiyasında messencerin istifadə

arrow Ətraflı
Yaponiya sahillərində Koreya qayığı saxlanıldı like
  • 13 Yan 13:10  
Siyasət Yaponiya sahillərində Koreya qayığı saxlanıldı

Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edil

arrow Ətraflı
Türkiyədə ağır qəza: kömək etmək istəyənləri də maşın vurdu like
  • 13 Yan 12:58  
Dünya Türkiyədə ağır qəza: kömək etmək istəyənləri də maşın vurdu

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

arrow Ətraflı
Qara dəliyin yaranma anı müşahidə edildi like
  • 13 Yan 12:52  
Digərləri Qara dəliyin yaranma anı müşahidə edildi

Alimlər bəlkə də ilk dəfə olaraq ulduzun qara dəliyə çevrildiyi anı m

arrow Ətraflı
2500 yaşı olan tapıntı: like
  • 13 Yan 12:40  
Digərləri 2500 yaşı olan tapıntı:

Polşalı arxeloqlar Qvatemala ərazisində yerləşən və Maya svilizasiyası

arrow Ətraflı
Tramp Rusiya ilə münasibətin düzələcəyini deməklə... like
  • 13 Yan 12:34  
Dünya Tramp Rusiya ilə münasibətin düzələcəyini deməklə...

ABŞ-da Trampa qarşı "cadugər ovu" davam edərkən ikili münasibə

arrow Ətraflı
Ən problemli avtomobillər bunlardır like
  • 13 Yan 12:28  
Digərləri Ən problemli avtomobillər bunlardır

Rusiyada "Avtonet"in ekspertləri Uremont xidməti vasitəsilə Rusiya

arrow Ətraflı
Sabahın HAVAsı like
  • 13 Yan 12:22  
Digərləri Sabahın HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Qubada ceyran ovlayan şəxs saxlanıldı like
  • 13 Yan 12:16  
Digərləri Qubada ceyran ovlayan şəxs saxlanıldı

Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlanıb like
  • 13 Yan 12:11  
Digərləri Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
239 nəfərin öldüyü təyyarə 5 il sonra tapıldı like
  • 13 Yan 12:10  
Dünya 239 nəfərin öldüyü təyyarə 5 il sonra tapıldı

2014-cü ilin martında Çinin paytaxtı Pekinə səfər edərkən qəzaya uğra

arrow Ətraflı
Hacıqabulda "KAMAZ" aşdı like
  • 13 Yan 12:04  
Digərləri Hacıqabulda "KAMAZ" aşdı

Hacıqabul rayonu ərazisində "KAMAZ" aşıb.

arrow Ətraflı